Modern.az

Şəkidə xəstə özünü ikinci mərtəbədən yerə atdı  

Şəkidə xəstə özünü ikinci mərtəbədən yerə atdı   

Aktual

8 İyul 2018, 20:00

Bu gün günorta saatlarında Şəki Əsəb Xəstəlikləri Dispanserinə müalicəyə gətirilmiş rayonun Böyük Dəhnə kənd sakini 1980-ci il təvəllüdlü Şahmar Məmmədsaleh oğlu Osmanov dispanserin ikinci mərtəbəsində  pəncərəni sındıraraq özünü yerə atıb. Modern.az APA-ya istinadən xəbər verir ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan Şahmar Osmanov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Şahmar Osmanova sol qolun dirsək nahiyəsinin açıq sınığı və başın alın nahiyəsinin cırılmış yarası diaqnozu qoyulub. Şahmar Osmanova lazımi tibbi yardım göstərildikdən sonra Şəki Əsəb Xəstəlikləri Dispanserinə geri göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı