Modern.az

Ukraynada azərbaycanlı "qanuni oğru" tutuldu

Ukraynada azərbaycanlı

Aktual

8 İyul 2018, 22:00

Ukraynanın Lvov vilayətinin polis əməkdaşları kriminal aləmdə Dato Ağcabədinski kimi tanınan azərbaycanlı "qanuni oğru"nu saxlayıblar. Modern.az “Report”a istinadən xəbər verir ki, 43 yaşlı Azərbaycan vətəndaşı Məmmədov Cəmil İntizar oğlu artıq Ukrayna ərazisindən çıxarılıb. Onun ölkəyə girişinə 5 il müddətinə qadağa qoyulub.

 

Ukrayna Milli Polisinin məlumatına görə, Dato Ağcabədinski Ukrayna ərazisinə qanunsuz daxil olub. Çünki iki ay bundan əvvəl o, Ukraynaya girişinə 3 il qadağa qoyulmaq şərti ilə ölkədən çıxarılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!