Modern.az

Xorvatiyalı futbolçu Ukraynaya dəstəyinə görə CƏZALANDIRILIR

Xorvatiyalı futbolçu Ukraynaya dəstəyinə görə CƏZALANDIRILIR

Aktual

8 İyul 2018, 22:27

DÇ-2018 çərçivəsində Rusiya ilə keçirilən matçda vurduğu qolla diqqətləri üzərinə çəkən xorvat futbolçu Domoqoy Vida ağır cəza ilə üzləşə bilər. Modern.az Axar.az-a istinadən xəbər ki, Vidanın keçmiş ukraynalı futbolçu Oqnjen Vukojeviç ilə çəkdiyi videoda "Yaşasın Ukrayna! Bu qələbə "Dinamo Kiyev" və Ukrayna üçündür" sözlərini deməsi FİFA-nı hərəkətə keçirib. Məlumata görə, futbol qurumu bu ifadələrdə siyasi çalarlar olması səbəbilə istintaq başladıb. İttiham sübuta yetirilsə, Vida 2 oyunluq cəza alacaq və təxminən 5 min İsveçrə frankı məbləğində cərimələnəcək.

 

Sözügedən videonun sosial şəbəkədə paylaşılmasından sonra ruslar böyük etiraz kampaniyası başladıb.

 

Qeyd edək ki, ötən gün keçirilən matçda Xorvatiya penaltilərdə Rusiyanı 4:3 məğlub edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı