Modern.az

9 yaşlı uşağı "tok" vurdu

9 yaşlı uşağı "tok" vurdu

Aktual

9 İyul 2018, 00:24

Ağstafa rayonunun Poylu kəndində uşağı cərəyan vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü İsmayılova Qənirə Yolçu qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

 

Yuxarı ətrafının ağır dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulan uşaq Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə göndərilib.

 

Yaxınlarının bildirdiyinə görə, Q.İsmayılova ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində yanıq xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?