Modern.az

Bakı-Quba yolunda təmir işləri aparılır

Bakı-Quba yolunda təmir işləri aparılır

Aktual

9 İyul 2018, 11:50

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...