Modern.az

Gənc Tamaşaçılar Teatrının 90 illiyinin qeyd olunacaq - SƏRƏNCAM

Gənc Tamaşaçılar Teatrının 90 illiyinin qeyd olunacaq - SƏRƏNCAM

Aktual

9 İyul 2018, 18:10

Prezident İlham ƏliyevAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd olunub ki, 2018-ci ilin noyabr ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradılmasının 90 illiyi tamam olur. Mütərəqqi ideyalı səhnə əsərləri ilə gənc nəslin bədii-estetik zövqünün formalaşmasında və yüksək əxlaqi-mənəvi dəyərlərin aşılanmasında mühüm rol oynayan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycanın teatr tarixində layiqli yer tutur. 

Mədəniyyət Nazirliyinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı