Modern.az

DSX-nın zastavasında 9 aviabomba tapılıb

DSX-nın zastavasında 9 aviabomba tapılıb

Aktual

9 İyul 2018, 18:51
Bu gün Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, "Ceyrançöl" sərhəd zastavasının xidməti ərazisində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
 
ANAMA-dan Modern.az-a verilən məlumata görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nın "Ceyrançöl" sərhəd zastavasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri və DSX-nın "Ceyrançöl" sərhəd zastavasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 9 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombaların tapıldığı yerin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!