Modern.az

Daşqın qurbanlarının sayı 126-ya çatdı

Daşqın qurbanlarının sayı 126-ya çatdı

Aktual

9 İyul 2018, 20:17

Yaponiyanın qərbində baş verən leysan yağışları və daşqın nəticəsində ölən və itkin düşənlərin sayı hər gün artır. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, leysan yağışları və torpaq sürüşmələri nəticəsində  ölənlərin sayı 126 nəfərə çatıb. Daha 60 nəfər itkin düşmüş hesab edilir.

Ən çox insan tələfatı Xirosimada qeydə alınıb - 47 nəfər. Okayamada 36, Eximedə isə 26 nəfər leysan yağışların qurbanı olub.

Qeyd edək ki, daşqın başlayarkən suyun səviyyəsi sürətlə artdığından, insanlar evlərindən çıxmağa vaxt tapmayıblar.

 

Daşqına məruz qalmış ərazilərdən 2 milyona yaxın insan evakuasiya edilib.

 

Son bir neçə gün ərzində Yaponiyada iyul ayı üçün yağıntı normasından 3 dəfə artıq həçmdə yağış yağıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı