Modern.az

Mərkəzi Elmi Kitabxana jurnalistləri fərqləndirəcək

Mərkəzi Elmi Kitabxana jurnalistləri fərqləndirəcək

Aktual

9 İyul 2018, 23:22

Azərbaycan Milli Elmlər Akademiası Mərkəzi Elmi Kitabxanası (MEK) iyulun 18-də “Milli Mətbuat Günü”nə həsr olunan “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirəcək. Modern.az xəbər verir ki, tədbirdə MEK-in Kitabxana-xidmət, Sərbəst Elektron Resurslar, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, İnnovativ layihələr, Proqramçılar şöbələrinin mövzu üzrə əlaqələndirilmiş fəaliyyəti təqdim olunacaq.

KİV nümayəndələrinin, ziyalıların, ictimai xadimlərin iştirak edəcəyi tədbirdə MEK-in innovativ fəaliyyətini obyektiv əks etdirmiş media qurumları (televiziya, radio, qəzet və jurnal, sayt, veb-səhifə, sosial şəbəkələr) və jurnalistlər ictimaiyyətə təqdim olunacaq. Tədbir saat 11:00-da MEK-in Böyük Konfrans zalında (IVmərtəbə) keçiriləcək. Tədbirə giriş sərbəstdir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı