Modern.az

Qayınata kürəkənini güllələdi - BİLƏSUVARDA

Qayınata kürəkənini güllələdi - BİLƏSUVARDA

Aktual

10 İyul 2018, 10:07

Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

İyulun 10-na keçən gecə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində yaşayan Vasif Babayevin güllə yarası alması barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

İstintaq və əməliyyat tədbirləri ilə V.Babayevin evində qohumu - qaynatası Valeh Hüseynovun tüfəngdən açdığı atəşdən xəsarət aldığı müəyyən edilib.

        
Görülmüş tədbirlərlə V.Hüseynov saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş tüfəng götürülüb.

   
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı