Modern.az

Rövşən Rzayev köçkünlərin şikayətini dinlədi

Rövşən Rzayev köçkünlərin şikayətini dinlədi

Aktual

10 İyul 2018, 16:19

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin  növbəti qəbulu keçirilib.

 

Modern.az xəbər verir ki, qəbulda Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

 

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub. 

 

Qəbula gələnlərin hər birinin müraciəti dinlənilib və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı