Modern.az

Azərbaycanda 67 yaşlı qadın itkin düşüb

Azərbaycanda 67 yaşlı qadın itkin düşüb

Aktual

10 İyul 2018, 16:35

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Padar kənd sakini, 67 yaşlı Aypəri Şıxvəliyeva iluyun 8-də axşam saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Şıxvəliyevanın əlamətləri belədir: Boyu 155-165 sm., dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir. Aypəri Şıxvəliyeva yaddaş zəifliyindən əziyyət çəkir.  

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı