Modern.az

Bakıda yaşayış binasında yanğın: bir nəfər zəhərlənib

Bakıda yaşayış binasında yanğın: bir nəfər zəhərlənib

Aktual

10 İyul 2018, 18:19

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 112 m2 olan 4 otaqlı evin bir otağında 1 ədəd divan və 1 ədəd məişət texnikası yanıb, yüksək temperaturdan 1 ədəd məişət texnikası qismən əriyib.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

 

 

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı