Modern.az

Gəncədə polislə etirazçılar arasında QARŞIDURMA oldu - Xəsarət alanlar var

Gəncədə polislə etirazçılar arasında QARŞIDURMA oldu - Xəsarət alanlar var

Aktual

10 İyul 2018, 21:33

Bu gün axşam saatlarında Gəncə şəhərində də icazəsiz aksiyaya cəhd olub. Modern.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti qarşısına bir qrup şəxs toplaşıb. Sayı təxminən sayı 200 nəfərə yaxın olan dəstə icazəsiz aksiya keçirməyə cəhd göstərib.

Qanunsuz aksiyaya cəhd edən şəxslərlə polis əməkdaşları arasında qarşıdurma olub.

Hadisə yerindən yayılan videoda iki polis əməkdaşına aksiya iştirakçıları tərəfindən xəsarət yetirildiyi bildirilir.

Polis icazəsiz aksiyanın qarşısını alaraq vəziyyətə nəzarət edib. Aksiya iştirakçılarından 30-a yaxın saxlanılanın olduğu bildirilir.

Qeyd edək ki, iki gündür sosial şəbəkələrdə bir qrup naməlum şəxs Gəncə şəhər sakinlərini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısını güllələləyən Yunis Səfərova dəstək üçün aksiyaya çağırırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı