Bu gün Gəncədə iğtişaşçılarla polis arasında baş verən qarşıdurmada öldürülən Nizami rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasovla bağlı yeni məlumat yayılıb. Modern.az gununsesi.info-ya istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov İmamzadə Türbəsi axundu Hacı Tahir Abbasovun qardaşıdır.
Qeyd edək ki, yayılan rəsmi məlumata görə, Gəncə şəhərində qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.