Modern.az

“Kipr bizim milli savaşımızdır” - Ərdoğan

“Kipr bizim milli savaşımızdır” - Ərdoğan

Aktual

11 İyul 2018, 00:54

"Qarşıdakı dövrdə hədəfimiz Şimali Kiprdə adambaşına düşən gəliri ikiqat artırmaqdır. Kipr bizim milli savaşımızdır”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Azərbaycandan birbaşa Şimali Kipr Türk Cümhuriyyətinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı ilə birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr probleminin ədalətli və daimi həll yolu tapılması əsas məqsəddir: “Türkiyə Kipr xalqının münaqişənin qurbanı halına düşməsinə göz yummayacaq. Türkiyə Kipr türklərinin Yunan Kipr dövlətində milli azlıq halına gətirilməsinə əsla icazə verməyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı