Modern.az

Brejnevin nəvəsi öldü  

Brejnevin nəvəsi öldü   

Aktual

11 İyul 2018, 10:09

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin 58 yaşlı nəvəsi Andrey Brejnev vəfat edib.

Modern.az Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o 1983-cü ildə Moskva Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib və SSRİ Xarici Ticarət Nazirliyinə işə götürülüb. 

SSRİ dağılandan sonra Andrey Brejnev kommersiya və xeyriyyəçiliklə məşğul olub, 1990-cı illərin axırlarında isə siyasətlə maraqlanmağa başlayıb.

O, 2017-ci ildə Dövlət Dumasına seçkilərdə iştirak edib.

Onun namizədliyini “Vətən” partiyası Sevastopoldan irəli sürmüşdü.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı