Modern.az

Hacıqabulda süni göldə batan gəncin cəsədi tapıldı - Yenilənib

Hacıqabulda süni göldə batan gəncin cəsədi tapıldı - Yenilənib

Aktual

11 İyul 2018, 22:36

Hacıqabulda göldə batan şəxsin meyiti tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Hacıqabul rayonunun Birinci Udullu kəndində süni göldə batdığı ehtimal edilən 2000-ci il təvəllüdlü Əkrəmov Asiman Habil oğlunun axtarışları başa çatıb.

 

A.Əkrəmovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

18:48

 

Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı