Şəmkirdə meşə yanğını söndürülüb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın saat 18:20-də söndürülüb. Yanğının söndürülməsi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən təmin edilib.