Modern.az

İtkin düşən qadının meyiti əkin sahəsindən tapıldı

İtkin düşən qadının meyiti əkin sahəsindən tapıldı

Aktual

11 İyul 2018, 21:28

Xaçmaz rayonu ərazisində itkin düşən 67 yaşlı Sumqayıt şəhər sakininin meyiti tapılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Xaçmazın Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Şıxvəliyeva Pəri Qubad qızının meyiti əkin sahəsində aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Qeyd edək ki, yaşlı qadın iyulun 8-i, axşam saatlarında itkin düşmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...