Modern.az

Gələcək sosial işçilər maarifləndiriliblər

Gələcək sosial işçilər maarifləndiriliblər

Aktual

11 İyul 2018, 11:18

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin təşkilatçılığı və QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarına xidmət göstərən sosial işçilərin təcrübəsinin artırılması məqsədilə maarifləndimə işinin təşkili” adlı layihəyə yekun vurulub.
İyulun 10-da layihənin yekunları ilə bağlı Gəncliyə Yardım Fondunda dəyirmi masa keçirilib.

Layihə rəhbəri Nailə İsmayılovanın verdiyi məlumata görə, iki universitetdə - BDU və Azərbaycan Turizm və Menecment Universitetlərində sosial işçi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunmuş 2 günlük seminar keçirilib.
Layihə rəhbərinin sözlərinə görə məişət zorakılığından zərər çəkmiş insanlara xidmət göstərən və “Sosial işçi” ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan və məzun olan gənclərin təcrübə bazasının, onların bilik və bacarıqlarınən keyfiyyət səviyyəsinin artırılmasına ehtiyac var.

“Keçirilən maarifləndirici seminarlar onu göstərdi ki, məhz peşəkar və beynəlxalq təcrübə keçmiş ekspertlərin tövsiyyələrindən faydalanmaq vacibdir”.

Dəyirmi masa ətrafında sosial işin mahiyyəti və ali təhsil müəssisələrində “sosial iş” ixtisası üzrə mütəxəssislərin hazırlanması ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirələr zamanı sosial işçilərin işlə təmin olunması məsələsi də diqqət çəkib.

Dəyirmi masada Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şura üzvü Nərgiz Xələf, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin məsləhətçisi Aidə Ələkbərova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları, Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi, sosioloq, iqtisad elmləri doktoru, professor Əhməd Qəşəmoğlu, M.Ə Sabir Fondunun prezidenti Sevda Tahirli, BDU-nun müəllimi Sona Çərkəz, ATMU-nin əməkdaşları, hüquqşünaslar, psixoloqlar, QHT-ları və KİV nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı daha çox sosial iş sahəsi üzrə geniş tədqiqat işlərinin aparılmasına ehtiyac olduğu səsləndirilib. Geniş müzakirələr şəraitində keçən dəyirmi masada müxtəlif təkliflər irəli sürülüb. Sonda layihə rəhbəri Nailə İsmayılova dəyirmi masa iştirakçılarına səsləndirilən fikirlərin və təkliflərin gələcəkdə bu istiqamətdə həyata keçiriləcək layihədə nəzərə alınacağını bildirib. Onu da qeyd edib ki, birlik tərəfindən hazırlanacaq təkliflər paketi müvafiq qurumlara təqdim olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı