Modern.az

Sabah Bakıda 33 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sabah Bakıda 33 dərəcə isti olacaq - HAVA PROQNOZU

Aktual

12 İyul 2018, 12:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

 

Bakıda və Abşeron yarımadasında

İyulun 13-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 29-34, Bakıda gecə 26-28, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində

İyulun 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

 

 

Azərbaycanın rayonlarında

İyulun 13-də  hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

İyulun 13-ü səhərdən 14-ü gündüzədək Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda temperaturun ötən günlə müqayisədə bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır