Modern.az

Azərbaycanda işıqlar yenə söndü - Nə baş verir?..

Azərbaycanda işıqlar yenə söndü - Nə baş verir?..

Aktual

12 İyul 2018, 16:34

Bu saatlarda Azərbaycanın bir çox yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. 

 

Modern.az-ın məlumatına görə Bakının ayrı-ayrı ərazilərində yaşayan adamlar da sosial şəbəkələrdə işıqlarının söndüyünü yazıblar. 

 

Modern.az-ın redaksiyasının yerləşdiyi Nərimanov rayonunun bəzi yerlərində də işıqlar sönüb. 

 

“Azərenerji”dən Modern.az-a bildirilib ki, məsələ ilə bağlı yaxın vaxtda ətraflı açıqlama veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı