Modern.az

İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi

İlham Əliyev monteneqrolu həmkarını təbrik etdi

Aktual

12 İyul 2018, 20:11

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib. Modern.az-ın məlumatına görə, məktubda deyilir:

 “Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan həyasızlıq - Ağılasığmaz açıqlama - Ukraynanı nə gözləyir?