Modern.az

Ucarda qadın intihar edib

Ucarda qadın intihar edib

Aktual

12 İyul 2018, 23:49

Ucarda intihar hadisəsi olub. Modern.az  APA-ya istinadan xəbər verir ki, hadisə ötən gün rayonun Şilyan kəndində baş verib.

Kənd sakini, 1954-ci il təvəllüdlü Tahirə Saleh qızı Nağıyeva özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən ot ipi ilə asaraq intihar edib.

 

Kənd sakinləri T. Nağıyevanın sakit təbiətli insan olduğunu deyirlər. Qadının hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

 

T. Nağıyeva müəllimə işləyib.

 

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!