Modern.az

Toyda qətl törədib qaçan şəxs saxlanıldı - ŞİRVANDA

Toyda qətl törədib qaçan şəxs saxlanıldı - ŞİRVANDA

Aktual

13 İyul 2018, 14:06

Şirvan şəhərində toyda qətl törədən şəxs yaxalanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

 

Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı