Modern.az

Bu gün Dünya Çempionatında 3-cü yerin qalibi bəlli olacaq: Belçika - İngiltərə  

Bu gün Dünya Çempionatında 3-cü yerin qalibi bəlli olacaq: Belçika - İngiltərə   

Aktual

14 İyul 2018, 08:07

Bu gün Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında bürünc mükafatçısı müəyyənləşəcək.

Modern.az xəbər verir ki, üçüncü yer uğrunda Belçika və İngiltərə milliləri üz-üzə gələcək.

Belçika yığması 1/8 finalda Yaponiya, 1/4 finalda isə beşqat dünya çempionu Braziliyanı mübarizədən kənarlaşdırıb. Yarımfinalda  isə Fransaya uduzub.

İnglitərə isə 1/8 finalda Kolumbiya, 1/4 finalda İsveçdən güclü olub. Britaniyalılar finala gedən yolda Xorvatiya ilə bacarmayıb.

Xatırladaq ki, sabah keçiriləcək final oyununda Fransa və Xorvatiya milliləri üz-üzə gələcək.
 

14 iyul

Dünya çempionatı

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə
Baş hakim:
 Alireza Faqani (İran)
Sankt-Peterburq. Şəhər stadionu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı