Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub.
Modern.az-ın xəbərinə görə, Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.
Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.