Modern.az

Gürcüstan parlamentinin qarşısında tabut aksiyası keçirilib

Gürcüstan parlamentinin qarşısında tabut aksiyası keçirilib

Aktual

14 İyul 2018, 12:38

Gürcüstan parlamentinin Kutaisi şəhərindəki binası qarşısında simvolik aksiya keçirilib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, müxalif “Azad Gürcüstan” partiyasının üzvləri parlament binasının qarşısına kartondan hazırlanmış tabut gətiriblər.

 

Akыiya çərçivəsində musiqiçilərin iştirakı ilə “dəfn mərasimi” keçirilib. 

 

Partiyanın liderlərindən olan Qoqi Tsulaya deyib ki, aksiyanın keçirilməsində məqsəd Gürcüstanda parlamentarizmə son qoyulmasına etiraz etməkdir: “Bidzina İvanişvilinin hökuməti və parlamenti nəhayət ölkədə parlamentarizmə son qoya bildilər”.  

 

Qeyd edək ki, bu gün Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı