Modern.az

Dənizdə batan kişinin meyiti tapıldı

Dənizdə batan kişinin meyiti tapıldı

Aktual

14 İyul 2018, 15:20

Xəzərdə batan 31 yaşlı kişinin meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, iyulun 13-də Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Namiq oğlunun axtarışları başa çatıb.

 

R.Məmmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı