Modern.az

Dünya çempionatı-2018: Belçika tarixində ilk dəfə medal qazandı - VİDEO

Dünya çempionatı-2018: Belçika tarixində ilk dəfə medal qazandı - VİDEO

Aktual

14 İyul 2018, 20:00

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda mübarizə yekunlaşıb. Modern.az xəbər verir ki, "Sankt-Peterburq" stadionunda keçirilən Belçika və İngiltərə komandaları üz-üzə gəlib.

 

Qarşılaşmada azarkeşlər erkən qol görüb. Oyunun 4-cü dəqiqəsində Tomas Mönyö Belçikanın ilk qolunu vurub. İlk hissə bu hesabla da yekunlaşıb. Oyunun 82-ci dəqiqəsində isə kapitan Eden Azar yekun nəticəni müəyyənləşdirib.

 

Beləliklə, oyun Belçikanın 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

 

Bununla da Belçika millisi dünya çempionatları tarixində ilk dəfə medal qazanıb.

"Qırmızı şeytanlar"ın indiyədək Dünya Çempionatlarında ən böyük uğuru 1986-cı ildə  4-cü yer tutmaları olub. Bu komandanın aktivində 1980-ci il Avropa çempionatında gümüş, AVRO-1972-də isə bürünc medal da var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı