Modern.az

Tələbə adını qazanan gənc göldə boğuldu

Tələbə adını qazanan gənc göldə boğuldu

Aktual

29 İyul 2018, 18:57

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Buynuz kəndindəki göldə baş verib.

İsmayıllı şəhərinin Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib. 

Ə. Hacıyevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı  İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 17 yaşlı Ə. Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olaraq tələbə adını qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı