Modern.az

“Anar Nağılbazın ölümünə görə mən məsuliyyət daşımıram” - AÇIQLAMA

“Anar Nağılbazın ölümünə görə mən məsuliyyət daşımıram” - AÇIQLAMA

Aktual

5 Avqust 2018, 10:29
Məşhur reper Anar Nağılbazın ölümü müxtəlif müzakirələrə səbəb olub. .
 
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirələrə qoşulan bir qism insan repertin ölümündə hamının günahkar olduğunu, cəmiyyətin onu ölümə sürüklədiyini yazıb. Bu isə iqtisadçı-ekspert Qadir İbrahimlini özündən çıxardıb.
 
O öz şəxsi "Feysbuk" səhifəsində reperin ölümündə məsuliyyət daşımadığını bildirib:

"Anar Nağılbaz dünyasını dəyişib, Allah rəhmət eləsin. Ancaq yazırlar ki, Anarı bu cəmiyyət öldürdü-filan… Rep-zad həvəskərarı deyiləm. Anar da sevdiyim sənətçi deyil. Ancaq niyə cəmiyyət günahkar çıxardırlar? Adam öz ömrünü yaşayıb və ölüb! Şəxsən mən heç kimin ölümünə məsuliyyət daşımıram, sabah mən ölsəm də (yəni öldürməsələr) heç kim məsuliyyət daşımayacaq, pafos düyməsindən az istifadə edin!
Bir daha Allah rəhmət eləsin!”.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir