Modern.az

Gömrükdə 59 min manatlıq qaçaqmalçılıq cəhdinin qarşısı alındı

Gömrükdə 59 min manatlıq qaçaqmalçılıq cəhdinin qarşısı alındı

Aktual

Bu gün, 17:49

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində müxtəlif brendlərə aid malların gömrük nəzarətindən gizli şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Modern.az komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Bakı-Tbilisi reysi ilə tranzit qaydada gömrük nəzarəti zonasını tərk edərkən saxlanılıb və onunla qanunvericiliyə uyğun olaraq sorğu-sual aparılıb.

Həmin şəxs hava limanının sanitar qovşağında içərisində qızıl-zinət əşyaları və saatlar olan bir ədəd bağlama gizlətdiyini bildirib. Yoxlama zamanı həmin bağlamadan tanınmış brendlərə aid, ümumilikdə dəyərləri 59 min 500 manatdan çox olan 2 ədəd qol saatı, 3 ədəd biləzik, 1 cüt sırğa, aksesuarlar aşkar edilib

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?