Modern.az

Xırdalanda mənzildən meyit tapıldı

Xırdalanda mənzildən meyit tapıldı

Aktual

5 Avqust 2018, 12:32

Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə ölü tapılıb.

Modern.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıblar. Vətəndaş mənzildən ölü olaraq tapılıb.

Cəsəd aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir