Modern.az

Şirvanda 45 yaşlı kişi toyda rəqs edərkən öldü

Şirvanda 45 yaşlı kişi toyda rəqs edərkən öldü

Aktual

5 Avqust 2018, 22:28

Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

 

İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Almaniyadan şok xəbərdarlıq - Putin SSSR-ni qurmaq istəyir