Modern.az

Gəncədə piyadanı maşın vurub

Gəncədə piyadanı maşın vurub

Aktual

12 Avqust 2018, 12:25

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən məlumatına görə, 1969-cu il təvəllüdlü İsgəndər İsgəndərov Yeni Gəncə qəsəbəsindəki marketlərdən birinin önündən qarşı tərəfə keçərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

 

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...