Modern.az

Metroda gediş haqqı 12,5 min dəfə artacaq

Metroda gediş haqqı 12,5 min dəfə artacaq

Aktual

5 Sentyabr 2018, 00:24

Sentyabrın 10-dan etibarən Venesuelanın paytaxtı Karakasda 2017-ci ilin sonundan pulsuz fəaliyyət göstərən metro yenidən ödənişli olacaq. Modern.az “Report”a istinadən xəbər verir ki, metroda gediş haqqı 12,5 min dəfə artacaq.

 

Karakas metropoliteninin məlumatına görə, bilet satışına şənbə günü, sentyabrın 8-dən başlanacaq. Gediş haqqı 0,5 suveren bolivar təşkil edəcək ki, bu da 50 min köhnə bolivara bərabərdir. 2017-ci ildə, bilet satışı ləğv edilməzdən əvvəl bir gediş 4 köhnə bolivara başa gəlirdi. Həmin vaxt dolların məzənnəsi bir neçə milyon bolivar idi.

 

Buna baxmayaraq, Karakas dünyada ən ucuz ictimai nəqliyyatın fəaliyyət göstərdiyi şəhərlərdən biri olaraq qalmaqdadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı