Modern.az

Gürcüstanda meşə yanğını başlayıb

Gürcüstanda meşə yanğını başlayıb

Aktual

5 Sentyabr 2018, 19:00

Gürcüstanda meşə yanğını başlayıb.

Modern.az-ın “Report”a istinadən məlumatına görə, Ateni dərəsində qeydə alınan yanğın 8 hektara yaxın sahəni əhatə edib.

Yanğının söndürülməsinə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub. Çətin relyef səbəbindən yanğın ocağına yaxınlaşmaq hələlik mümkün olmayıb.

Yanğının aradan qaldırılmasına əlavə qüvvə cəlb olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!