Modern.az

Dörd yaşlı uşağın üstünə qaynar yağ dağıldı

Dörd yaşlı uşağın üstünə qaynar yağ dağıldı

Aktual

10 Sentyabr 2018, 00:35

Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun 2014-cü il təvəllüdlü Oxut kənd sakini Məmmədli Vüsal Vüqar oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, müayinə zamanı 4 yaşlı Vüsal Məmmədlinin yaşağı ünvanda üzərinə qaynar yağ dağıldığı məlum olub. Nəticədə V.Məmmədli hər iki yanağından və sol bazudan I-II dərəcəli termiki yanıq xəsarətləri alıb. İlkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicə olunmaq üşün uşaq xəstəlikləri xəstəxanasına göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!