Modern.az

Qubadakı qəzada 3 nəfər xəsarət aldı

Qubadakı qəzada 3 nəfər xəsarət aldı

Aktual

10 Sentyabr 2018, 20:48

Quba rayonunda yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "Daewoo Nexia" və "Renaut" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü - Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı