Modern.az

Polis generalı xəbərdarlıq etdi 

Polis generalı xəbərdarlıq etdi 

Aktual

14 Sentyabr 2018, 13:23

Bakının işğaldan azad olunmasının 100 illik yubileyi ilə əlaqədar sabah paytaxtda mühüm dövlət tədbirləri keçiriləcək. 

Modern.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında ictimaiyyətə xəbərdarlıq edib.

General bildirib ki, sentyabrın 15-də yubiley tədbirləri ilə əlaqədar Şəhidlər Xiyabanında Türk şəhidliyi abidəsi səhər saatlarından 17:00-a qədər bağlı olacaq:

“Əhalinin diqqətinə çatdırırıq ki, sözügedən abidəni ziyarət etmək istəyənlər yalnız bu saatdan sonra həmin əraziyə buraxılacaq. O vaxta qədər isə Türk şəhidliyi abidəsində mühüm dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub”. 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər