Modern.az

Meyvə ağacından yıxılan qadın xəstəxanalıq oldu

Meyvə ağacından yıxılan qadın xəstəxanalıq oldu

Aktual

5 Oktyabr 2018, 22:20

Tovuzda qadın meyvə ağacından yıxılıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.

 

Məlumata görə, kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədova Səhər Hüseyn qızı yaşadığı evin həyətində meyvə yığarkən ağacdan yıxılıb.

 

Hadisə nəticəsində qadının döş qəfəsi sınıb və bədəninin müxtəlif hissələrindən ağır xəsarətlər alıb.

 

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və vəziyyəti ağırdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı