Modern.az

BDU-da şeir müsabiqəsi keçirilib

BDU-da şeir müsabiqəsi keçirilib

Aktual

3 Dekabr 2018, 15:30
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə tələbələr arasında şeir müsabiqəsi keçirilib.
 
Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, dekan müavini Cavanşir Muradov və professor-müəllim heyəti iştirak edib.
 
Alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva 30-dək tələbənin iştirak etdiyi müsabiqənin əhəmiyyətindən danışıb.
 
Daha sonra Filologiya, Biologiya, Şərqşünaslıq, Tarix, Mexanika-riyaziyyat, Ekologiya və torpaqşünaslıq, Tətbiqi riyaziyyat və kibernetika, Coğrafiya və Hüquq fakültəsinin xarici dil kimi alman-fransız dillərini seçmiş tələbələri bu dillərdə şeirlər səsləndiriblər.
 
Kafedra müdiri Elmira Fərəcullayeva, kafedranın müəllimləri - Məlahət Orucova, Ulduzə İsmayılovanın, eləcə də iştirakçı tələblələrin səsverməsi nəticəsində müsabiqənin I mərhələsində qalib seçilən 15 tələbə sertifikata layiq görülüb. Digər iştirakçılara Fransa səfirliyinin təqdim etdiyi kitablar təqdim olunub.
 
Qeyd edək ki, yarışın ikinci mərhələsi Azərbaycan Dillər Universitetində keçiriləcək.
Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır