Modern.az

Hamlet İsaxanlının şeirlər kitabı Türkiyədə nəşr olundu

Hamlet İsaxanlının şeirlər kitabı Türkiyədə nəşr olundu

Aktual

8 Yanvar 2019, 17:21

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Hazana övgü” şeirlər kitabının yenidən işlənmiş 2-ci nəşri İstanbulda çapdan çıxıb.

Kitab Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Türk Ədəbiyyatı Vakfının TURAY KİTAP YAYINCILIK Şirkəti tərəfindən hazırlanıb.

Kitabı türkcəyə Azərbaycan ədəbiyyatının tərçüməçisi və təbliğatçısı, yazar-şair İmdat Avşar çevirmişdir. Kitabın redaktoru Bəxtiyar Aslandır. Yaxın zamanlarda Bakıda, İstanbulda və Ankarada şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...