Modern.az

Türkiyədə azərbaycanlı qadın intihar edib - FOTO  

Türkiyədə azərbaycanlı qadın intihar edib - FOTO   

Aktual

10 Yanvar 2019, 09:26

Türkiyədə yaşayan azərbaycanlı qadın intihar edib. Modern.az xəbər verir ki, 47 yaşlı Tünzalə Rzayevanın özünü asmasına səbəb kimi içki və qumar düşkünü olan ərindən davamlı şiddət görməsi, tez-tez döyülüb-söyülməsi göstərilir. Məlumatı onun türk rəfiqəsi Güladi Yıldız sosial şəbəkədə paylaşıb.

Qeyd edilib ki, intihar edən qadın Azərbaycanın Lənkəran rayonundandır. Əvvəllər Lənkəranın kəndlərindən birində müəllimə işləyib, sonradan türk kişi ilə ailə quraraq, qardaş ölkədə yerləşib. Onun cənazəsi dünən Türkiyədən Azərbaycana göndərilib.

Məlumata görə, mərhumun Türkiyə vətəndaşı ilə evliliyindən bir qızı da dünyaya gəlib. O da bildirilir ki, atası qızını istəmədiyinə görə, Tünzalə Rzayevanın övladını da tezliklə Azərbaycandakı qohumlarının yanına yola salacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı