Modern.az

Şadlıq evindən çıxan iki nəfər körpüdən yıxıldı: 1 ölü, 1 yaralı

Şadlıq evindən çıxan iki nəfər körpüdən yıxıldı: 1 ölü, 1 yaralı

Aktual

10 Yanvar 2019, 22:30

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

 

Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz