Modern.az

Sabaha olan hava PROQNOZU

Sabaha olan hava PROQNOZU

Aktual

15 Yanvar 2019, 13:17

16 yanvarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

 

Azərbaycanın rayonlarında isə sabah hava əsasən yağmursuz keçəcək. Ayı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji xəbərdarlıq

Yanvarın 17-18-də  Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10 dərəcə aşağı enəcəyi gözlənilir. Hava şəraitinin belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!