Modern.az

Gəncədə sakinlər icra başçısına şikayət etdilər

Gəncədə sakinlər icra başçısına şikayət etdilər

Aktual

19 Fevral 2019, 13:29

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə qəsəbədə olan problemlər dilə gətirilib, sakinlərin şikayət və təklifləri dinlənilib. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq təşkil olunan səyyari görüşlərin məqsədindən söz açıb. O bildirib ki, bu cür görüşlər ölkə rəhbəri, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Məqsəd isə sakinlərin problemləri ilə yaxından tanışlıq və onların aradan qaldırılmasıdır.

Gülüstan qəsəbəsinin sakinləri öz şikayət və təkliflərini səsləndiriblər. Dilə gətirilən müraciətlərin əsasını torpaq sahəsi ilə təminat, qəsəbədə olan çoxmərtəbəli binaların fasadlarının yenilənməsi, yolların asfaltlanması, gecə işıqlandırılması sisteminin qurulması, binaların həyətlərində uşaqların istirahəti üçün oyun meydançalarının salınması kimi məsələr təşkil edib.

Səsələndirilən digər bir çox məsələ yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq həll olunması istiqamətində müvafiq göstərişlər verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı