Modern.az

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Aktual

27 Fevral 2019, 23:54

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 66,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,41 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı